
Politoloq: Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır
Yusif Nəzərli
14:29 02.01.2025
Aktual
554
"Bu günlərdə İranın ali dini rəhbəri sayılan Seyid Əli Xameneinin Ərdəbildəki nümayəndəsi Seyid Həsən Amelinin iştirakı ilə keçirilən bir tədbirdə Azərbaycana və Türkiyənin dövlət başçılarına qarşı xoşagəlməz ifadələr səsləndirib. Bu bir daha onu göstərir ki, İranın molla rejimi də Pəhləvi şah rejimi kimi türk düşmənçiliyi siyasətini davam etdirir və "İslam Respublikası" pərdəsi altında əslində fars şovinizminin güclənməsinə şərait yaradır".
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan Həmrəylik Komitəsinin sədri
Əlisahib Hüseynov deyib.
Politoloqun sözlərinə görə, Ərdəbildə hökumət rəsmilərinin də iştirak etdiyi həmin mərasimin İran dövlət televiziyasında canlı yayımlanması Azərbaycan və Türkiyə əleyhinə rəsmi səviyyədə təbliğat aparıldığını əyani surətdə təsdiq edir:

"Ona görə də İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılması və Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi sözügedən tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etirazın bildirilməsi tamamilə düzgün addımdır.
Molla rejimi bu cür qızışdırıcı hərəkətlərə, təxribatlara təcili son qoymalıdır. Çünki Amuli kimi provokatorların təhrikedici addımları İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin korlanmasına xidmət edir. Belələri İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan təbliğatı aparmaqla, nifrət və düşmənçilik ab-havası yaratmaqla dövlətlərarası və insanlararası münasibətlərin normallaşmasına qəsdən mane olurlar.
Rəsmi Tehran həqiqətən də Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında və genişlənməsində maraqlıdırsa, Seyid Həsən Ameli kimi araqarışdıranlarla bağlı təxirəsalınmaz tədbirlər görməli, ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlməyən hərəkətlərin qarşısı qeyd-şərtsiz olaraq alınmalıdır. Molla rejimi Azərbaycana qarşı bu kimi təxribatlara son qoymasa, bu hərəkətlərin arxasında bilavasitə onun özünün dayandığını sübut etmiş olacaq. Beləliklə, Amulinin təxribatı molla rejiminin özünü ifşa edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi