Binəqədi qəsəbəsində qəza  vəziyyəti davam edir -FOTOLAR

Ağacın yalnız budaqları kəsilib, əyilmiş gövdə hissə isə olduğu kimi qalır

 
Güclü yağışdan sonra Binəqədi qəsəbəsi, Mədən 2, Korpus 62 ünvanında qəza  vəziyyəti davam edir: həyətdən yola çıxışın qarşısını kəsən, qaz borusunun üzərinə yıxılıb borunu deformasiyaya uğradan, elektrik naqillərini zədələyən, nəticədə sakinlərin qaz təchizatının dayanmasına, işığın və internet bağlantısının da kəsilməsinə səbəb olan ağacın yalnız budaqları kəsilib, əyilmiş gövdə hissə isə olduğu kimi qalır. 


 
Bu gün Binəqədi rayon icra Hakimiyyətindən, yaşıllşama İdarəsindən, bələdiyyədən gələrək əraziyə baxış keçiriblər. Bildirilib ki, ağacın gövdəsinin kəsə bilməzlər, çünki hasarın o bir tərəfinə düşə bilmirlər (?!). Yalnız yola sallanan budaqları kəsib gediblər. Qaz yoxdur, işıq yoxdur. Təhlükəli vəziyyət qalmaqdadır. 
“Azəriqaz”, “Azərişıq”, Binəqədi rayon İcra Hakimiyyəti, Yaşıllaşdırma İdarəsi... bu qədər qurum təhlükəli vəziyyəti aradan qaldıra bilmir.