Ağır xəstə yenidən taleyin ümidinə buraxılıb -RƏY

Ağır xəstə, tənha insan yenidən taleyin ümidinə buraxılıb. Məlumata görə, Cəlilabad rayonu, Uzuntəpə kənd sakini, 54 yaşlı Həsənov Sücayət Sabir oğlu aparıldığı Cəlilabad Rayon Xəstəxanaaında heç bir gün də saxlanılmadan əvvəlcə məskunlaşdığı məscidə geri qaytarılıb. Bunun hansı səbəbdən edildiyi bilinmir.

İqtisadiyyat.az saytının şef-redaktoru Səid Qərib “Sherg.az”a bildirdi ki, ağır xəstə olan insana heç köməklik göstərilməyib. Bu cür məsələləri rayon icra hakimiyyəti tənzimləməlidir. Vətəndaş ölüm ayağıdadır, İcra hakimiyyəti sadəcə, göz görə-görə tamaşa edir. 24 saat tamam olmadan gətirib məscidə atıb gediblər. Qarın nahiyəsində açıq yaralarının və onkoloji xəstəliyinin ağrı-acısının ah-naləsi göylərə ucalan Sücayəti yenidən tək-tənha buraxıblar.