UEFA Konfrans Liqasına vəsiqəni əvvəlcədən təmin etmiş “Neftçi” Premyer Liqanın XXXIII turunda “Kəpəz”lə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq. Paytaxt təmsilçisi 56 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Aktivində 27 xal olan Gəncə klubu isə onuncu sırada yer alıb.
Turun digər matçında “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gələcəklər. Sumqayıtdakı “SOCAR Polymer Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 19:00-da səslənəcək. “Zirə” 53 xalla beşinci, Naxçıvan təmsilçisi isə 43 xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, Misli Premyer Liqasında mövsümə mayın 24-də keçiriləcək “İmişli” – “Karvan-Yevlax” oyunu ilə yekun vurulacaq.
Daha əvvəl baş tutan görüşlərdə “Qəbələ” “Şamaxı”nı 3:1, “Sabah” “Turan Tovuz”u 2:1, “Qarabağ” isə “Sumqayıt”ı 4:3 hesabı ilə məğlub edib.