Kamal Kılıçdaroğlu CHP-nin 38-ci Qurultayı ilə bağlı məhkəmənin “mütləq etibarsızlıq” qərarından sonra açıqlama verərək partiyada birlik və həmrəylik çağırışı edib.
Sherg.az-ın məlumatına görə, Kılıçdaroğlu bildirib ki, bu qərar ayrılıq deyil, partiya daxilində birləşmək üçün fürsət olmalıdır. O vurğulayıb ki, proses əvvəlki partiya sədrləri, millət vəkilləri və təşkilat rəhbərləri ilə əməkdaşlıq şəraitində idarə olunacaq.
CHP-nin şəxsi maraqların deyil, Türkiyənin gələcəyinin partiyası olduğunu deyən Kılıçdaroğlu, tərəfdarlarını sakitliyə və ortaq düşüncəyə çağırıb.