Azərbaycanda 7 ayda kolbasa istehsalı 12 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 19 min 601 ton kolbasa məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 12,4 % çoxdur.

Bu ilin avqust ayının 1-nə ölkədə 16,6 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 25,23% azdır.

Hesabat dövründə Azərbaycanda 3 milyard 164,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,6 % çoxdur.