Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA

Azərbaycanda cari ilin ötən dövrü ərzində valideyn himayəsindən məhrum olmuş 105 uşaq övladlığa verilib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Sosial Xidmətlər Agentliyindən bildirilib.

Övladlığa verilən uşaqlardan 53-ü qız, 52-si isə oğlandır.

Statistikaya əsasən, övladlığa götürülənlər daha çox azyaşlılar olub. Belə ki, uşaqların 78-i 0-6 yaş aralığında, 27-si isə 7-18 yaş qrupunda yer alıb.