Azərbaycanla Rusiya arasında hüquqi yardım və ekstradisiya sahələrində əməkdaşlıq müzakirə olunub
Yusif Nəzərli
06:30 20.06.2024
Sosial
509
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında imzalanmış 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramının icrası ilə bağlı iyunun 18-də Moskva şəhərində “Əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi” mövzusunda seminar və beynəlxalq məsələlərə məsul struktur qurum rəhbərlərinin ikitərəfli görüşü keçirilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib. Görüşdə Azərbaycan Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanovun rəhbərlik etdiyi və tərkibinə həmin idarənin prokuroru Nigar Yəhyazadə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru Emil Mirzəyev və Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Hikmət Verdiyevdən ibarət nümayəndə heyəti təmsil edib. Qeyd olunan mövzu üzrə çıxışlar edilib və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədi ilə beynəlxalq struktur qurumların rəhbərləri arasında görüş keçirilərək tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial