Bakıda kirayədə yaşayan qadını çölə atıblar - FOTO
13:47 16.08.2024
Sosial
737
Sığınacağa getmək istəmir, deyir ki, dövlət ev versin
“Jurnalsitlər Binası”nın yanında bayırda gecələyən qadınla bağlı təfərrüatlar məlum olub. “Şərq” qadınla bağlı məlumatları “Türküstan Media Group”un baş redaktoru Aqil Camaldan əldə edib. Aqil Camalın dediyinə görə, ev əşyalarının əhatəsində həyətdə məskən salan qadın əslən Zərdab rayonundandır. Aqil bəy onunla söhbət edib və bəzi məsələləri müəyyənləşdirə bilib:
- Bina sakini olaraq qadın mənim dəqqətimi cəlb etdi. Yaxınlaşıb söhbət etdim, niyə burada əyləşdiyini soruşdum. Məlum oldu ki, əslən Zərdabdandır. Amma uzun illərdir, hətta dediyinə görə kiçik yaşlarından ailəsi ilə birlikdə Bakıya köçüblər, burda yaşayıblar. Bakıda hardasa mənzilləri olub, olmayıb, yoxsa elə həmişə kirayədə qalıblar, bununla bağlı dəqiq bir söz demədi. Qadın Səbail rayonu ərazisində kirayədə yaşayıb. Səbail rayon İcra Hakimiyyəti uzun müddət onların kommunal xidmət xərclərini qarşılayıb. Bu, hansı əsaslarla edilib, aztəminatlı ailəyə maddi köməklik qaydasındamı, ya başqa əsaslarla, bilinmir. Lakin bir müddət əvvəl yardım kəsildiyindən kirayə mənzil sahibi qadından evi tərk etməsini tələb edib:
- Ailən, övladların varmı, deyə soruşdum. Dedi ki, 4 qızı var. 2-si Türkiyədədi. 1-i həbsxanadadı. Biri isə kirayədə yaşayır. Anasının yanına gəlib, onun yanında qalır. Mən görəndə 2 oğlan uşağı da vardı yanlarında. Biri çarpayıda yatırdı. Qadının kirayədə qaldığı mənzil Jurnalistlər Binasında deyil. Olsaydı, biz onu tanıyardıq. Bizim binadan kənar yerdə kirayədə qalıblar. Sadəcə, diqqət çəkmək üçün Jurnalistlər Binasının həyətinə gəlib ki, jurnalistlər onun haqqında xəbər yazsınlar. Dedim, sizə kömək edək, Sosial Xidmətlər Agentliyinə xəbər verək. Razı olmadı. Sığınacağa getmək istəmədiyini dedi. Dedi ki, orda bir otaqda bir neçə nəfər qalır. Ona görə də istəmir. Həm də xərçəng xəstəsidir, qadın. Çəkisi də ağırdır, tərpənə bilmir. Onu başa salmağa çalışdım ki burada açıq havada, yağışın-yağmurun altında qala bilməz. Küçənin ortasında nə qədər qala bilər?! Post-patrul xidmətinə xəbər verək, gəlsinlər, onlar bilir hansı quruma xəbər verilməlidir, hara yönləndirilməlidir, yenə razı olmadı. Deyir ki, dövlət ev versin. Yenə də israr etdim ki, bu, bir günə, bir neçə saata həll olunası iş deyil. Siz müvəqqəti də olsa hardasa qalmalısınız. Bir söz demədi. Həyətdə qalıb hələ də.
Aqil Camal, buna baxmayaraq vəziyyətlə bağlı əlaqədar qurumlara məlumat verdiklərini bildirdi.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə