
Bakıda səs-küy insanların rahatlığını pozur - Nəzarət olmalıdır
21:21 14.04.2025
Sosial
482
Bakıda xüsusi normalara əməl etməyən obyektlərə ciddi nəzarət olmalıdır
Polis Nərimanovda gecə saatlarında məişət səs-küyü normalarına əməl etməyən ictimai iaşə obyektlərində tədbir keçirib. Bu barədə DİN məlumat yayıb. Məlumatda qeyd olunur ki, paytaxtın Nərimanov rayonu ərazisində yaşayan bir qrup sakin polisə müraciət edərək gecə saatlarında yaşayış ünvanlarının yaxınlığında yerləşən ictimai iaşə obyektlərində yaranan məişət səs-küyünün onları narahat etməsi ilə bağlı şikayətlərini bildiriblər:
"Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd edilən ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərində profilaktik tədbir keçirilib. Nəticədə bir neçə obyektin gecə saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqi dayandırılıb və obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər inzibati protokollar tərtib edilməklə cərimələniblər. Bu cür halların təkrarlanacağı təqdirdə barələrində daha sərt tədbirlərin görüləcəyi obyekt sahiblərinin diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir". Qeyd edək ki, insanların istirahət hüququnun pozulmasına görə cərimələr qanunvericilikdə təsbit olunub. Bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəlləyə görə, məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə, yəni mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər saat 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fikizi şəxslər 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Hər nə qədər cərimələr və məsuliyyət nəzərdə tutulsa da, problem əsaslı şəkildə həllini tapmır. Səbəbsə, iaşə obyektlərinin yaşayış binalarına yaxın məsafədə yerləşməsi, hətta çox zaman iç-içə olmasıdır. Məlumdur ki, Bakıda yaşayış binalarının zirzəmiləri, 1-2 mərtəbələrində müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Yaşayış binalarının tikintisi başlanar-başlamaz, “1-2 mərtəbələr icarəyə verilir” elanları vurulur. Şadlıq sarayları, restoranlar yaşayış binalarına çox yaxın məsafədə yerləşir, hətta yaşayış massivlərinin həyətində fəaliyyət göstərənlər də var. Təbii ki, şadlıq sarayları, restoranlardan yayılan musiqi səsləri, hay-küy ətrafda yaşayanları narahat etməyə bilməz.

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, binaların zirzəmi və birinci mərtəbələrində iaşə və xidmət obyektlərinin yerləşməsi bütün dünyada yayılmış praktika olsa da, proses qanunla tənzimlənir:
- Mühüm məsələlərdən biri budur ki, iaşə obyektlərində havatəmizləyici qurğular olmalıdır. Mətbəxdə yaranan tüstü xüsusi qurğular vasitəsilə kənara ötürülməlidir ki, nə ekologiyaya ziyanı dəysin, nə də ətrafda, yaxınlıqda yaşayanlara. İkinci mühüm məsələ, səslə, akustika ilə bağlıdır.
Bu məsələdə də bəlli standartlara əməl edilməlidir ki, səs yaxınlıqda yaşayan insanların istirahətini, rahatlığını pozmasın. Səslə bağlı xüsusi normalar var, günün hansı saatında səs hansı yüksəklikdə olmalıdır, yayılma arealı nə qədər məsafəni əhatə edə bilər və sair. İnsanlar toy şənliyində qulaqlarını tutub foyeyə, dəhlizə çıxırlar, musiqinin gurultusundan toyda dincəlmək, qohum-əqrəba ilə, dostlarla söhbət etmək qeyri-mümkündür. Bu səs əlbəttə, yaxınlıqda yaşayanları da narahat edəcək. Xidmət sektoru qaydalara riayət etməlidir. Şadlıq sarayı, restoranların zallarında akustika elə qurulmalıdır ki, nə qonaqlar, müştərilər narahat olsun, nə də ətrafda yaşayanlar. Yaxşı olar ki, kafe-restoranlar, şadlıq sarayları yaşayış məskənlərindən bəlli bir məsafədə yerləşsin. Amma bu artıq mümkün deyilsə, heç olmasa, standartlara əməl etsinlər, əlaqədar qurumlar da müntəzəm monitorinqlər, yoxlama aparmalı və qayda pozucularını cərimələməlidirlər. Bu məsələlər şəhərsalma qaydalarına uyğun həllini tapmalıdır. Müvafiq tələblərə əməl olunmalı, nəzarət gücləndirilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya