
Ekspert: Təkcə sürücülər yox, bütün şəxslər narkotestlərdən keçməlidir
09:55 29.05.2024
Sosial
421
Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunublar. Oxu.Az xəbər verir ki, S.Mustafayev, İ.Hüseynov, F.Qasımov və E.Bəşirov idarə etdikləri avtomobillərlə yol-hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar. Yoxlamalar zamanı onların narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan müayinədən keçiriliblər. Müayinənin də nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Son vaxtlar vətandaşların əksəriyyəti alkaqol içkilərin və narkotikin təsiri altında avtomobil idarə edir. Təbii ki, onlar yollarda təhlükələr yaradırlar. Bəs həmin sürücülərin tapıb aşkar olunması üçün vaxtı-vaxtında reydlər keçirilirmi? Həmin şəxsləri hansı cəzalar gözləyir?
Sualımızı cavablandıran nəqliyyat eksperti İlqar Hüseynli "Sherg.az"a bildirib ki, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülərin vaxtı-vaxtında reydlər keçirərək aşkarlanması çətin prossesdir:

"Çünki ölkə ərazisində sutka ərzində minlərlə maşın hərəkət edir. Reydlər təşkil edərək həmin sürücülərin hər birini saxlayaraq ünsiyyətdə olmaq fiziki cəhətdən mümkün deyil. Onların əksəriyyəti təsadüfi seçilir. Belə ki, ay ərzində Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən reydlər keçirilir. Bu zaman alkaqol içkilər və narkotikin təsiri altında avtomobil idarə edənlərə qarşı müəyyən tədbirlər görülür. Test və xüsusi aparatlarla orqanizimdəki zərərli maddələrin həcmi ölçülür. Bu isə kompleks tədbirləri tələb edən bir vəziyyətdir. Fikrimcə, yalnız sükan arxasında əyləşən sürücülər deyil, ölkədə bütün peşə fəaliyyətləri ilə məşğul olan şəxslər narkotestlərdən keçməlidir. Rəhbərlik işə götürən zaman bu nüansa xüsusi əhəmiyyət verməlidir. Narkotestlər reallığı əks etdirməlidir. Bu təqdirdə statistika Dövlət Yol Polisinin işini asanlaşdıracaq. Bir sözlə, tək reydlər aparmaqla bu kimi halların qarşısı almaq mümkün deyil, ümumi dəstək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm