Ev heyvanı saxlamaq hər il ciddi maliyyə vəsaiti tələb edir. Mütəxəssislər heyvan götürməzdən əvvəl aylıq və illik xərclərin hesablanmasının vacib olduğunu bildirirlər.
Sherg.az xəbər verir ki, təxmini hesablamalara görə, 2026-cı ildə pişik saxlamaq üçün aylıq 45-135 manat, it saxlamaq üçün isə cinsindən və ölçüsündən asılı olaraq 135-450 manat arasında vəsait tələb olunur.
Əsas xərclərə keyfiyyətli yem, peyvəndlər, baytarlıq xidmətləri, parazitlərə qarşı preparatlar, gigiyena vasitələri və müxtəlif aksessuarlar daxildir. Bundan əlavə, təlim, baxım (qruminq) və gözlənilməz müalicə xərcləri büdcəni daha da artıra bilər.
Mütəxəssislər bildirirlər ki, ev heyvanı götürməzdən əvvəl yalnız istək deyil, həm də ona uzunmüddətli maddi və vaxt ayırmaq imkanları nəzərə alınmalıdır.