
Gənclər evlənməkdən uzaqlaşırlar -Sosioloq Səbəblərdən danışdı
10:14 27.06.2024
Sosial
470
Son zamanlar demək olar ki, hər kəsin müşahidə etdiyi bir fakt var: gənclər evlənməkdən uzaqlaşırlar. Bəziləri səbəb kimi xərcləri göstərir, bəziləri məsuliyyəti üzərinə götürmək istəmir, bəziləri hələ hazır olmadıqlarını və ya belə çətin qərar üçün hələ tez olduğunu bildirirlər.
Ailə qurmaq, evlənmək və uşaq dünyaya gətirmək gözəl olsa da, həm də zəhmət tələb edən işdir. İndiki həyat şəraitində bu vəziyyət daha da çətinləşir. Çünki günü-gündən bahalaşan dünya insanların mənəvi durumu ilə yanaşı maddi durumuna da təsir edir. Bunun ən bariz sübutu 20-30 yaş arası gənclərin artıq evliliyə o qədər də həvəs göstərməməsidir.
Evliliklərin azalması, nikah yaşının və boşanmaların artması ilə bağlı aparılan araşdırmalarda gənclərin evliliyə başlaya bilməməsinin səbəbləri arasında alimentlər, evliliklərdəki neqativ nümunələr, maddi sıxıntılar, işsizlik, dolanışığın baha olması göstərilir.
Statistika göstərir ki, bütün dünyada gənclər evliliyi gecikdirməyə, uşaq sahibi olmamağa və tək yaşamağa üstünlük verirlər. Əksər gənclər ailə qurmaq əvəzinə şəhərlərə köç edib, karyeralarına diqqət yetirib, sevdiyi ilə eyni evdə yaşamağa və eşq yaşamağa üstünlük verirlər.
Sosioloq Sənubər Heydərova “Sherg.az”a bildirib ki, əslində gənclər təkliyin yaxşı olduğunu demirlər:

“Xüsusən Azərbaycanlı gənclərə evlilik məsələsi ilə bağlı ailələrinin başlarına açdıqları oyun ağır yük kimi gəlir. Ailələr gənclərdən ənənəvi davranmağı və onların istədiyi kimi həyat sürmələrini tələb edirlər. Halbuki gənclər sadəcə bir yerdə olmaq istəyirlər. Ona görə də bu söz söhbətdən, onları incidən ağır xərclərdən qurtulmaq üçün evlənməkdən uzaqlaşırlar. Bir çox hallarda isə düşünürlər ki, evlənməsək də olar. Ümumiyyətlə bu tendensiya getdikcə daha da çox olacaq. Uşaq dünyaya gətirmədən yaşayan cütlüklərin sayı da çoxalacaq. Bütün dünyada belə bir proses gedir. Artıq qloballaşmanın elə bir həddindəyik ki, Azərbaycan da kənarda qala bilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region