Kütləvi məzarlıqlarla bağlı alternativ hesabat hazırlanacaq
10:20 30.10.2024
Sosial
466
Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “Münaqişənin torpaq altında qalan izləri” layihəsinin icrasını davam etdirir.
Birlik sədri Asəf Quliyev “Sherg.az”a bildirib ki, layihə çərçivəsində azad olunmuş ərazilərdə tapılmış kütləvi məzarlıqlarla bağlı hesabatın hazırlanması nəzərdə tutulur:
“Artıq kütləvi məzarlıqlar olan ərazilərə səfərləri yekunlaşdırmışıq. Məzarlıqlar tapılan yerlərin koordinatları götürülüb. Bundan başqa, müxtəlif kanallarla araşdırmalar da aparmışıq. Araşdırmalar nəticəsinə Xocalı rayonunun Həsənabad kəndi yaxınlığında da kütləvi məzarlığın olma ehtimalı ortaya çıxır. Müxtəlif mənbələrdən aldığımız məlumata görə, ilk təyyarəçimiz, şəhid Vaqif Qurbanovun da orada dəfn olunduğu ehtimal edilir”.
Asəf Quliyev bildirib ki, SSRİ vaxtında Həsənabad kəndi yaxınlığında məntəqə tipli cəzaçəkmə müəssisəsi, burada mühafizəni təşkil edən hərbi bölmə və cəzalı dustaqları saxlamaq üçün müəyyən infrastruktur olub. Qarabağ münaqişəsi başlayanda da bura erməni qanunsuz silahlı birləşmələrinin dayaq məntəqələrindən biri olub:
“Ehtimal etmək olar ki, burada əsirlər saxlanılıb, onlara işgəncə verilib və qətlə yetirilib. Elə burada da dəfn olunublar. Təəssüf ki, Ermənistan tərəfi kütləvi məzarlıqlarla bağlı məlumatları gizlədir. Doğrudur, Azərbaycanın müvafiq strukturu bu sahədə xeyli işlər görüb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı araşdırmalar nəticəsində bu günə qədər 20-yə qədər kütləvi məzarlıq aşkar edilib. Amma bəzi hallarda belə məzarlıqlar təsadüflər nəticəsində aşkar olunur. Səfərlərimiz zamanı azad olunmuş ərazilərdə fəaliyyət göstərən şəxslərlə söhbətdə bildirdilər ki, Xocalı və Əsgəran arasında qazma işləri aparılan zaman insan cəsədinin qalıqları aşkar olunub. Aidiyyəti orqanlara xəbər verilib və araşdırmalar aparılıb”.
Birlik sədri səfərlər zamanı qarşılaşdığı bir faktı da xüsusi qeyd edib:
“Xocalıda yeni salınmış qəsəbənin ərazisində aşkarlanmış kütləvi məzarlığın koordinatlarını götürən zaman gördüyüm mənzərə çox ağır idi. Kütləvi məzarlıq tapılan yerə güllər düzülmüşdü. Yaxşı olardı ki, tapılmış kütləvi məzarlıqların hər birinin yerində xüsusi bir lövhə vurulsun. Bu gün azad olunmuş ərazilərdə tikinti, quruculuq işləri gedir. Bu, çox sevindiricidir. Amma hər bir münaqişədən sonra tək tikililərin bərpası yox, həm də kollektiv yaddaşın bərpası və gələcək nəsillərə ötürülməsi də vacibdir. Buna görə də kütləvi məzarlıqlar tapılan ərazilərə mütləq xüsusi lövhələr vurulmalıdır. Təkcə Xocalıda yox, o cümlədən Şuşa həbsxanasının həyətində, Daşaltıda, Edillidə, Başlıbeldə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi