
Psixoloq: Qısqanclıq zəminində qətl həqiqi sevginin deyil, əzikliyin göstəricisidir
10:01 02.07.2024
Sosial
550
Şəki Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əli Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il 6 ya müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Zaqatala rayonu Qımır kənd sakini, 1991-ci il təvəllüdlü Əli Səfərov 2022-ci ildə "TikTok"da zərərçəkmiş Aygün Həşimova ilə tanış olub, rəsmi qaydada evlənib. Onlar birgə yaşadığı müddət ərzində qadın onunla evlənməzdən əvvəl başqa şəxslərlə münasibətlərinin olmasını deyib. Sonra Əli Aygünün ona xəyanət etdiyini və edəcəyini mütəmadi olaraq güman edib və onların arasında mübahisə yaranıb. Daha sonra cütlüklər boşanıb. Amma buna baxmayaraq, bir müddət sonra yenidən ər-arvad kimi birlikdə yaşamağa davam ediblər. Lakin Əli yenidən Aygünün ona xəyanət etməsini güman edərək mübahisələr yaratmağa başlayıb. 2023-cü ildə qadın ondan ayrılaraq Zaqatala rayonuna qayıdıb. Sonra Əli Aygünün ondan ayrılmaqda məqsədinin başqa şəxslə münasibətinin olması kimi qəbul edib, onu öldürmək qərarına gəlib. 2023-cü il noyabrın 24-də Əli Bakı şəhərindən Zaqatala şəhərinə gəlib, üzərində mətbəx bıçağı ilə Aygünün işə gəlməsini gözləyib. O, qadına yaxınlaşaraq barışmağı təklif etsə də, Aygün razılaşmayıb. Bu zaman Əli ümumilikdə Aygünə 14 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Əli Səfərov məhkəmədə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.
Maraqlıdır, həddindən artıq qısqanclıq nədən yaranır? Qısqanclıq sevginin göstəricisidir?
Suallarımızı cavablandıran psixoloq Fərqanə Mehmanqızı “Sherg.az”a açıqlamasında deyib ki, burada əsas nüans sevgi deyil, eqodur:

''Qısqanclıq ikili münasibətlərdə tipik bir təcrübədir. Bütün növ -romantik, ailə, işgüzar və sosial münasibətlərdə müşahidə oluna bilər. Hadisədən də göründüyü kimi qısqanclıq idarə edilə bilmədikdə, münasibətlərə dağıdıcı təsir göstərə bilər.Fikrimcə, qadın tərəfindən tərk edilmək həmin kişinin qüruruna toxunub. Özünü əzik hiss edib, özgüvəni pozulub və şəxsiyyət ikiləşməsi yaşayıb. Əslində burada bir çox problemlər var. Lakin həmin şəxsi analiz etmədiyimiz üçün dəqiq dioqnoz qoya bilmərik. Ancaq bütün bunlar psixologiyaya pis təsir edərək onun qatil ruhunu üzə çıxarır. Ona görə də qısqanclıq zəminində qətl həqiqi sevginin deyil, əzikliyin göstəricisidir. Eqo, yalnızlıq və özünü təsdiq edə bilməmək bu kimi hallara gətirib çıxara bilir. Əslində hadisə ilə bağlı geniş danışmaq olar. Lakin mövzunu müzakirə edib kütlədə geniş yayılmasını, adət-halını almasını istəmirəm. Ona görə də bu kimi hadisələrin xəbər portallarında çox yayılmasının əleyhinəyəm. Çünki kütlə psixologiyası deyilən bir şey var. Belə hadisələr çoxaldıqca adiləşir. İnsan bir sözü dəfələrlə eşitdikdə o söz ona eyni gəlir. Belə ki, insan psixologiyasının yaradılışı bu cürdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Macarıstanda keçmiş nazir saxlanıldı
14:38 21.10.2026
Dünya
Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq
14:35 21.10.2026
Gündəm
TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan
14:23 21.10.2026
Region
Rusiya dizel yanacağının ixracını bərpa edir
14:01 21.10.2026
Dünya
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
13:56 21.10.2026
Gündəm
Ararat Mirzoyan: TRIPP daim ABŞ-yə məxsus olacaq
13:37 21.10.2026
Aktual
Lamin Yamal Mbappenin rekordunu təkrarladı
13:29 21.10.2026
Futbol
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:22 21.10.2026
Cənubi Qafqaz
"Barselona" PSJ-ni UEFA-ya şikayət edəcək - FOTO
12:57 21.10.2026
Futbol
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib
12:43 21.10.2026
Hadisə
10 qazaxıstanlı tələbə Azərbaycanda təhsil alacaq
11:45 21.10.2026
Elm və Təhsil
Ermənistanda müxalifətə qarşı əməliyyat: 14 nəfər saxlanıldı
11:35 21.10.2026
Dünya
Yaşıl ulduz kəşf edildi
11:25 21.10.2026
Maraqlı
Ordubadın dağlıq ərazilərinə qar yağdı
11:22 21.10.2026
Ekologiya