
Psixoloq: Uşaqların düşüncə faizinin çox hissəsini sosial media formalaşdırır
12:03 15.04.2025
Sosial
351
Lakin bir kitabın verdiyi dərin biliyi heç bir sosial media əvəz edə bilməz
Bu gün görüntülü və səsli media, yayımlar uşaqlar üçün həddən artıq informasiya bolluğu yaradır və təəssüf ki, uşaqlar onlar üçün zərərli kontentin təsirinə məruz qalırlar.
Bunu Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun Baş katibi Deniz Güçer Bakıda Qara Dəniz Yayım Tənzimləyici Qurumlarının Forumunun (BRAF) 11-ci Toplantısında çıxışında deyib.
Baş katib qeyd edib ki, başqa bir problem də uşaqların sosial mediada necə təqdim edilib, necə göstərilməsidir.
"Yayım xidmətlərində uşaqların necə qorunmasına dair bir həll yolu tapmaq bizim ümumi problemimizdir. Bu forumda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yayım tənzimləyici orqanları olaraq qarşılaşdığımız problemlər və təcrübələrimizdən danışacaq, ortaq həll yolları axtaracağıq", o bildirib.
Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, sosial medianın müsbət tərəfini var mı? sualına cavab tapmalıyıq:

“Yeni- yeni sosial media hesabları yarandıqda təbii ki, hamıya maraqlı gəlirdi. Hətta doğru- dürüst istifadə qaydalarını da bilən çox deyildi. Amma bu gün sosial media artıq bir reklam mənbəyinə çevrilib. Alış- satışdan tutmuş, xəbər portalları daxil olmaqla, məşhurların həyatı, həkim və kosmetoloqların və sairə bitib- tükənməyən böyük bir reklam şirkətinə bənzəyir. Eyni zamanda bu şirkət insanları idarə etməkdən əlavə, həm də kütləyə dərin təsir etmək gücünə də sahibdir. Bu gün sosial media üzərindən yayılan müxtəlif informasiyaların doğruluğuna nə dərəcədə əmin olmaq olar? Əvvəllər uşağın tərbiyəsində, inkişafında ailə ilk sırada dururdusa, bu gün o yeri sosial media tutur. Hər bir uşağın əlində mobil telefon varsa, demək ki, onun düşüncə faizinin çox hissəsini sosial media formalaşdırır. Sosial medianın müsbət cəhəti, cəmiyyətdə baş verən hər hansısa problemə kütləvi şəkildə reaksiya bildirmək, yaxud olsa-olsa alış veriş, gündəlik məişət məsələləri ilə bağlı işimizi yüngülləşdirməsidir. Amma qalan halda hədsiz lazımsız informasiya çoxluğu və izlənilən, dinlənilən hər şeyin şüurumuzun altında kök salması, zamanla həyatımıza, davranışımıza təsiri ilə nəticələnir. Kitab məsələsinə gəlincə, bir kitabın verdiyi dərin biliyi heç bir sosial media əvəz edə bilməz. Hətta yeni yaradılmış Chatgpt proqramına nəzər salsaq, ona yönləndirilən suallara şablon söz yığımından ibarət cavablar verdiyini görərik. Sosial medianın mənfi tərəfləri düşünürəm ki, daha çoxdur. Çünki psixoloji manupilyativ təsir etmə və idarə etmək gücünə sahibdir ki, yaranmasına səbəb də onsuzda budur. Sadəcə zamanla valideynlərin daha bilikli, diqqətli olması vacibdir ki, övladını sosial qumar oyunlarından, cisni asılılıqlardan və azlıqlardan, hətta suisidlə bağlı oyunlardan uzaq tutmaq üçün, doğru tərbiyə aşılamağı bacarmaq özü də getdikcə çətinləşir. Buna görə həm atalar, həm də analar hələ valideyn olmadan öncə, yaxud hamiləlik mərhələsində özünü inkişaf etdirməklə məşqul olmalıdır. Axı hər bir uşaq, bir az da ailənin güzgüsüdür. Önəmli olan sağlam təməl tərbiyədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İsrail bizə psixoloji təsir göstərir - Xamenei
21:34 20.03.2026
Dünya
Öldürülən ABŞ pilotunun atası İranla müharibəyə qarşı çıxdı
20:36 20.03.2026
Dünya
Ağ Ev süni intellekt üzrə ilk milli siyasət çərçivəsini təqdim edib
20:24 20.03.2026
Dünya
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm