Pulun dəyəri itib: Qiymətlərin azalmasından söhbət belə gedə bilməz -İqtisadçı
11:11 13.08.2024
Sosial
406
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Qeyd edilib ki, iyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bildirilib ki, 2024-cü ilin iyul ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma “Aİ92” markalı avtomobil benzininin, dizel yanacağının, zərgərlik məmulatlarının, ucuzlaşma isə “Aİ-95” markalı avtomobil benzininin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin iyul ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102 faiz, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,7 faiz təşkil edib. İyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən bərk məişət tullantılarının daşınması, metro, avtobus və taksi nəqliyyatı ilə sərnişindaşıma, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Qida məhsullarının qiymətlərindəki dəyişiklikləri eyni dövrlərə uyğun müşahidələr əsasında tapmaq mümkündür:
''Yəni, statistikanın yalnış olduğunu iddia etmək üçün dəlil ortaya qoymaq lazımdır. Həmçinin, söhbət bir mağazadakı qiymətlərdən yox, ölkənin bir neçə nöqtəsindən gedir. Çünki hansısa məhsul bir marketdə ucuz olduğu halda digərində baha ola bilər. Qida məhsullarında qiymət artımının müşahidə edilməsinə səbəb isə pulun dəyərinin itməsi, xərclərin artması və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsidir. Qeyd edim ki, Nazirlər Kabinetinin minimum əməkhaqqına hansı məhsulların daxil olmasına dair siyahısı var. Burada il ərzində istehlakçı norması mövcuddur. Hökümət hesablayır ki, əmək qabiliyyətli əhali 287 manata minumum istehlak səbətinə daxil olan məhsulları ala bilər. Minumum əməkhaqqı 345 manat, əmək qabiliyyətli əhalinin yaşayış minumumu 287 manatdır. Qeyd edək ki, sonuncu dəfə minumum əməkhaqqı 2023-cü ilin yanvarında qalxıb. Hökümət fəxrlə bildirir ki, əmək haqqı hələ də yaşayış minumumundan üstündür. Qida məhsullarının qiymətində isə növbəti dövrlər ərzində azalma gözlənilmir. Çünki bu il dünya bazarındakı ərzaq və qeyri-ərzaq əmtəələrinin qiymətində azalma dayanıb. Həmçinin, hökümət iyulun 1-dən dizel yanacağının və gediş haqqının qiymətini qaldırdı. Bu da yük daşımada, istehsalalatda, kənd təsərrüfatında və sənayedə qiymətləri kəskin artırır. Bir növ inflyasiya effekti var. Ona görə də qiymətlərin azalmasından söhbət belə gedə bilməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya