Rəhbər məzuniyyətə buraxmırsa nə etmək lazımdır? - Mütəxəssis izah edib

Bəzi hallarda işəgötürən əməkdaşın ödənişli məzuniyyətə çıxmasına razılıq vermir və bunu müəssisənin işinin pozula biləcəyi ilə əsaslandırır. Mütəxəssislər belə vəziyyətdə işçinin qanuni hüquqlarını bilməsinin vacib olduğunu bildirirlər.

Sherg.az xəbər verir ki, maliyyə eksperti Mariya İvatkinanın sözlərinə görə, qanunvericilikdə məzuniyyətin təxirə salınmasına yalnız müstəsna hallarda icazə verilir.

Ekspert ilk növbədə məzuniyyət qrafikinin yoxlanılmasını tövsiyə edib. Əgər işçinin adı qrafikdə göstərilibsə və məzuniyyət tarixi təsdiqlənibsə, işəgötürənin buna mane olmaq hüququ yoxdur. İşçi qrafikə daxil edilməyibsə və ya ümumiyyətlə qrafik tərtib olunmayıbsa, bu, əmək qanunvericiliyinin pozulması hesab olunur.

İvatkina bildirib ki, növbəti addım işəgötürəndən məzuniyyətin verilməsindən imtina ilə bağlı səbəbləri və hüquqi əsasları göstərən yazılı cavab tələb etməkdir. Problem həll olunmadığı təqdirdə isə işçi Əmək Müfəttişliyinə şikayət edə bilər.

Mütəxəssis həmçinin işçilərə ödənişsiz məzuniyyətə razılaşmamağı tövsiyə edib. Onun sözlərinə görə, ödənişli məzuniyyət işçinin qanuni hüququdur və işəgötürən onu məzuniyyət ödənişindən məhrum edə bilməz.