
Sosioloq: Nikah yaşını azaltmaq olmaz
12:56 20.05.2024
Sosial
464
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılmasını təklif edir.
APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.
Qeyd edilib ki, Ailə Məcəlləsinin 10 cu maddəsində (üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər) istisna meyarlarının göstərilməməsi hüquqi baxımdan qeyri müəyyən hal olaraq qiymətləndirilir. Bunu nəzərə alaraq, qanunvericilikdə nikah yaşının azaldılmasına əsas verən üzrlü səbəblərin dəqiqləşdirilməsi və ya nikah yaşının 1 ildən çox olmayaraq azaldılması halının aradan qaldırılması təklif olunur.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, ölkəmizdə nikah yaşı müvafiq qanunvericilikdə 18 olaraq tənzimlənir:

“Bəzi hallarda nikah yaşının az olaraq götürülməsi də nəzərdə tutulur. Lakin bu düzgün olmayan bir məsələdir. Nikah yaşını azaltmaq olmaz. Çünki, bundan istifadə edənlərdə olur. 18 yaşdan aşağı nikah hallarının qeydə alınması ailələrin erkən dağılmasına gətirib çıxarır. 18 yaşın özü də ailə qurmaq üçün aşağı bir yaş həddidir. Bu da gənclərin ailə haqqında məlumatsızlığı deməkdir. Sözsüz ki, ailə haqqında məlumatsızlığı olan gəncin qurduğu ailənin nəticəsi də yaxşı olmayacaq. Ziyalı və ana olaraq nikah yaşının azaldılmasının qətiyyən əleyhinəyəm. Bunun gələcəkdə nəticələrinin nədən ibarət olduğunu bu gündən görmək çox da çətin deyil. Bu səbəbdəndə hər birimiz ziyalılar dəstəsi olaraq bunun əksinə getməliyik. Bu gün Azərbaycanda ailələrin dağılmasıda son həddə gəlib çatıb. Boşanmaların səbəblərindən biridə erkən yaşda nikahların olmasıdır. Gənclər həyatda bir birini tanımamış, xasiyyətlərinə bələd olmamış, həyatı başa düşməmiş və ailənin nə olduğunu dərk etməmiş evlənməyə çalışırlar. Düşünürəm ki, ailə qurmaq üçün minimum yaş həddi 20 olmalıdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət