Sosioloq: Vergi ilə evlənməyə cəlb etmək olar, nəsil artırmağa yox
12:29 28.10.2024
Sosial
454
Türkiyədə ailə qurmayan 30 yaşdan yuxarı şəxslər dövlətə vergi ödəyəcəklər.
Milli.az-a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi "TBMM"nə göndərilib.
Bu, gəncləri evliliyə təşviq etməklə əlaqələndirilir.
Sözügedən mövzu Azərbaycanda da geniş müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, bu cür vergi və cərimə tətbiq edən zaman birinci ona alt zəmin hazırlamaq lazımdır:
“Yəni bir şəxs bütün təminatları həyata keçirildikdən sonra kefi olaraq evlənmirsə, artıq vergiyə cəlb oluna bilər. Çünki dövlətin demoqrafik vəziyyətində hər bir vətəndaşın öhdəliyi var. Kütləvi olaraq biz bu öhdəlikdən imtina ediriksə, o deməkdir ki, dövlətin genefondunda təhlükələr yaranacaq. Yəni əhali sayında azalmalara gedəcik. Lakin heç bir təminat etməyib, vergiyə tabe edilmək insan haqqlarının pozulması deməkdir. Əgər mənim normal işim, evim və aylıq gəlirim yoxdursa, evlənmək barədə düşünmək qaranlıq məsələdir. Gənclərin əksəriyyəti öz xərclərini ödəmək iqtidarında deyil. Çünki maaşları azdır. Aldıqları maaş isə kirayə və güzəran xərclərinə gedir. Bu səbəblə də özlərini ailə saxlamaq iqtidarında görmürlər. Əsas məsələ toydan sonra başlayır. Evi yoxdursa, kirayə, uşaqların təhsili, sağlamlığı və digər xərcləri özünü büruzə verməyə başlayır. Əslində toy etməyib, sadə nikahla da kifayətlənmək olar. Bunlar üçün dövlət öz dəstəyini göstərmirsə, o zaman vergi məsələsi də absurddur. Elə şərait yaratmaq lazımdır ki, gənclərin təminatı qaydasında olsun və könüllü olaraq ailə qurmağa, nəsil artırmağa meyil etsinlər. Vergi ilə evlənməyə cəlb etmək olar, nəsil artırmağa deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi