
Sosioloqdan deputata dəstək: Qadınlar 8 saat deyil, 4 saat işləməlidir
10:09 24.05.2024
Sosial
568
İşləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat təklif edib ki, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınsın: Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir. İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz”.
Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, hörmətli Tahir Rzayevin təklifini çox lazımi, yerində olan təklif kimi qiymətləndirir və alqışlayıram:

“Bir neçə gün bundan əvvəl işləyən qadınların böyük əziyyətlərlə qarşılaşması ilə əlaqədar yazdığım yazıda təklif etmişdim ki, qadınlar 8 saat deyil, 4 saat işləməlidir. Çünki hörmətli deputatımızın da söylədiyi kimi, qadınların üzərində digər işlər də var. İşləyən qadınların işdən sonra evdə ikinci növbəsi başlayır. Onlar hətta özlərinə vaxt ayıra bilmirlər. Nəzərə alsaq ki, əksər kişi uşaqların bağça-məktəbə aparılmasında, bazar-market alış-verişində, ev işlərində qadınlara əsla kömək etmir, qadınların işə bir saat gec gəlib, bir saat tez çıxması doğrudan da gözəl təklifdir. Bu təklif bütün işləyən qadınlar tərəfindən alqışlanır və həyata keçirilməsi arzulanır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq