
Sumqayıta insan axını artır: Ev qiymətləri... -RƏY
13:20 17.05.2024
Sosial
527
Sumqayıt Azərbaycanın ən böyük ikinci şəhəri olmaqla yanaşı, önəmli bir səmtidir. Son illərdə ölkədə yaşanan iqtisadi və infrastruktur dəyişiklikləri Sumqayıtın da inkişafına təsir edib.
Son illər ölkənin ikinci şəhərində də mənzil qiymətlərinin bahalaşması müşahidə olunur.
Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elçin Musəvi Trend-ə açıqlamasında bildirib ki, ev qiymətlərinin bahalaşmasının bir neçə səbəbi var.
"Artan tələbat, şəhərin infrastrukturunu inkişaf etdirmək üçün başlanan layihələr, mənzillər və tikinti sahəsində artan məsrəflər kimi faktorlar qiymətləri artıra bilər. Bununla yanaşı, Sumqayıt kimi şəhərlər daha münasib qiymətlərlə yaşamaq istəyənlər üçün Bakı kimi böyük şəhərlərin alternativi kimi də görülə bilər.
Sumqayıtda ev qiymətlərinin bahalaşması, şəhərin inkişafına və infrastrukturunun təkmilləşməsinə dair işarələrdir. Bu, şəhərin mənzil bazarının dəyişməkdə olduğunu və daha çox nəqliyyat, mədəniyyət və infrastruktur təkliflərinin şəhərin cazibəsini artırdığını göstərə bilər.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, Azərbaycanın böyük şəhərlərindəki daşınmaz əmlaklara tələbat artdıqca qiymətdə artır:

“Sumqayıtda son illər inkişaf və tikintilərin artması müşahidə olunur. Tikilən yeni çoxmənzilli yaşayış binalarının artması bu şəhərdə daşınmaz əmlaka tələbatın göstəricisidir. Bulvar ərazisində, şəhərdaxilində çoxsayda tikilmiş binalar, hər binada yüzlərlə mənzillərin olması və yeni tikilməkdə olan binaların sayınında artması tələbatın daha çox olduğunu göstərir. Qiymətlərdə artım təkcə evə tələbatla deyil, tikinti materiallarının artımının və tikinti standartlarının nisbətən daha sərtləşməsidir ki, tələblərə uyğun tikilsin. Tələbatın artması yaxşı haldır ki, Sumqayıta insanlar köç edir. Sumqayıt şəhərində ali təhsil müəssisələrinin və çoxsayda iş yerlərinin olmasına görə insanların sayının artdığı daha çox hiss olunur. Son illər satılan əmlakların böyük bir hissəsinin ipoteka və daxili kreditlər nəticəsində alqı-satqı prosesi baş tutur. Artıq Sumqayıt şəhərində də ipoteka ilə mənzil almaq istəyən şəxslərin sayı artır. Müraciət edən şəxslərin sayı çox olsa da ipoteka ilə satılan əmlakların sayı tələb olunan qədər deyil. Buna səbəb, hər il ipoteka kreditləri ilə bağlı ayrılan məbləğ limiti keçdikdən sonra, dövlətin ipotekaları dayandırmasıdır. İpotekanın alınması üçün mütləq həmin əmlakın çıxarışı, sənədləri və əmək haqqı qaydasında olmalıdır. Tələblərə uyğun və vaxtında müraciət edən şəxslər bu tip kreditlərdən yararlana bilirlər. Əgər tələb olunan əmək haqqından az əmək haqqı alırsa və bank gecikmələri varsa ipoteka kreditlərindən yararlana bilmirlər. Xüsusən Sumqayıt şəhərində tikilən binaların çoxu daxili ipoteka və bankdaxili ipoteka ilə satılır. Sumqayıt şəhərinə Binəqədi və Abşeron rayonundan da torpaq sahəsi verildi. Sumqayıta insan axını artır və infrastrukturun sayı çoxalır. Buda həmin şəhərin daha böyük inkişaf edəcəyindən xəbər verir. Düşünürəm ki, yaxın gələcəkdə Sumqayıt şəhəridə artıq ən inkişaf etmiş şəhərlər sırasında olacaq.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstana müvəqqəti kənd təsərrüfatı naziri təyin edildi
15:46 24.02.2026
Dünya
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
15:44 24.02.2026
Ölkə
SEPAH İranın cənubunda təlimlər keçirir
15:33 24.02.2026
Dünya
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
15:29 24.02.2026
Hadisə
Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
15:10 24.02.2026
Hadisə
Fatimə Mohacerani: Diplomatiyaya da, müharibəyə də hazırıq
15:02 24.02.2026
Dünya
Antonio Koşta: İndi Rusiya ilə danışıqlar üçün doğru zaman deyil
14:59 24.02.2026
Dünya
Ötən ay Azərbaycanda şəkər istehsalı kəskin azalıb
14:50 24.02.2026
İqtisadiyyat
Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH
14:08 24.02.2026
Gündəm
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib
13:26 24.02.2026
Hadisə
Rusiya Avropada elə yerlərdə mülklər alır ki...
13:22 24.02.2026
Dünya
Bu rayonda ehsan verilməsi ləğv edildi
13:13 24.02.2026
Ölkə
Sabiq deputat Türkiyədə əməliyyat zamanı öldü - FOTO
13:04 24.02.2026
Gündəm
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi
12:40 24.02.2026
Dünya