
Taleyiniz öz əlinizdədir: Kitab oxuyan məhbusların cəzaları azaldılır
07:48 03.10.2024
Sosial
511
“İrəli sürülən təcrübənin ciddi surətdə tam öyrənilməsi və tətbiqi imkanları barədə düşünməliyik”
Məhbus 1 kitab oxuyur, əvəzində cəzasından 4 gün əksilir. Hər ay 1 deyil, 2 kitab oxuyub başa çatdırsa, cəzasından 96 gün çıxılacaq. Bu rəqəmi artırmaq yenə də məhbusun öz əlindədir. Elə insan var, sürətli oxu qabiliyyətinə malikdir, həftəyə, bir neçə günə 1 romanı oxuyub başa vurur. Beləcə, Braziliya hökuməti məhbuslara “taleyiniz öz əlinizdədir”, deyir. Bununla məhbuslar arasında maariflənmənin təşviqi, oxu mədəniyyətinin formalaşması, bədii ədəbiyyatla məhbusların islahını həyata keçirməyi hədəfləyirlər. Bu xəbər bir neçə il əvvəl də yayılmışdı və o zamanların gənc yazıçısı Seymur Baycan o zamanın ədliyyə naziri Fikrət Məmmədova açıq məktub yazaraq kitab oxumaq ənənəsinin bizim cəzaçəkmə müəssisələrində təcrübədən keçirilməsini təklif etmişdi. Yazıçı qeyd edirdi ki, Braziliya həbsxanalarında maraqlı və faydalı bir proqram həyata keçirilir. Həbsxana kitabxanalarında ədəbiyyata, elmə, fəlsəfəyə və tarixə aid kitablar var. Kitab seçimində məhbus sərbəstdir. Yazıçı nazirə müraciətində bu proqramın bizim ölkəmizdə də tətbiq edilməsinin dövlətimizə, vətənimizə və xalqımıza xeyli fayda verəcəyini bildirmişdi. Yəni məhbus asudə vaxtını faydalı keçirər, kitab oxuyub savadlanar, dünyagörüşü artar, bədii əsərlərdən bəlkə də, həyat dərsi alar, mənən zənginləşər, xasiyyəti dəyişər bəlkə. Ümid etmək, inanmaq hər zaman faydalıdır.
Belə bir layihənin ölkəmizdə reallaşdırılması mümkündürmü?
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Sherg.az"a açıqlamasında bunun üçün ilk növbədə qanunvericiliyə dəyişiklik edilməli olduğunu bildirdi:

- Ölkə qanunvericiliyində məhkumlar üçün bu cür güzəşt nəzərdə tutulmadığından sözügedən proqramın Azərbaycanda icrası hazırda real görünmür. Bu proqramın icrası barədə düşünmək, müəyyən təkliflərlə çıxış etmək olar. Amma gərək ilk növbədə qanunvericiliyə müvafiq dəyişikliklər edilsin, hansı hallarda məhbuslara güzəştlər tətbiq edilə bilər, göstərilsin. Belə bir proqramın tətbiqinin nə dərəcədə faydalı olacağı öyrənilməlidir. Məsələn, Braziliyanın timsalında öyrənmək lazımdır ki, kitab oxumaq məhbuslara hansı dərəcədə müsbət təsir bağışlayıb. Cəza müddəti azalaraq azadlığa çıxan məhbusların sonrakı həyatında hər hansı müsbət dəyişikliklər baş veribmi, müəyyən dərəcədə islah olunublarmı, etdiyi cinayətlərə görə peşmanlıq çəkirlərmi və sair. Bu məsələlər mütləq araşdırılmalıdır.
Ə.Nuriyev qeyd etdi ki, oxşar məlumatlarla rastlaşıb:
- Mən də belə bir məlumatla rastlaşmışam. Sizə deyim ki, maraqlı yanaşmadır. Düşünürəm, məhkumların islah edilməsi ilə baglı ənənəvi üsullarla yanaşı yeni yanaşmalara, innovativ üsullara ehtiyac var. İrəli sürülən təcrübənin ciddi surətdə tam öyrənilməsi və tətbiqi imkanları barədə düşünməliyik.
Ə.Nuriyev bildirdi ki, ölkəmizdə hər bir cəzaçəkmə müəssisəsində kitabxanalar fəaliyyət göstərir:
- Ortalama kitabxana fondu, hər cəzaçəkmə müəssisəsində 2000-ə qədər kitab var. Vətəndaş cəmiyyəti təşkilatları tərəfindən kitabxanalara kitabların verilməsi təşkil edilib. Bizim Konstitusiya Araşdırmaları Fondu təxminən bu günə kimi 400 yaxın kitab verib. Bir qayda olaraq davamlı şəkildə yeni nəşrlərdən kitabxanalara göndərilir. Məsələn, kitabxanada Azərbaycan, Dünya ədəbiyyatı seriyasından kitabları görmüşəm. Məhkumlar arasında kitablara maraq var. Ümumi şəkildə, kitabxanalarda kitab oxuma ilə baglı qeydiyyat kitablarında görünür ki, gün ərzində oxucu sayı 20-25 arasında dəyişır. Amma kitab oxumağın daha populyarlaşdırılmasına, bunun üçün də yazıçı və şairlərin məhkumlarla görüşlərinin təşkilinə ehtiyac var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm