Tuneldə boğulan şəxslərin ailələrinə kompensasiya verilməlidir - AÇIQLAMA
14:43 27.10.2024
Sosial
672
Məhkəmədə sübut olunmalıdır
Oktyabrın 22-nə keçən gecə Sabunçuda tunelə yağış sularının dolması nəticəsində boğularaq vəfat etmiş 2 nəfərdən biri, 48 yaşlı Elnur Fazil oğlu Şirinovun həyat yoldaşı köməksiz vəziyyətdə qaldıqlarını, ailənin durumu ilə heç bir rəsmi qurumun maraqlanmadığını deyib. Qadının həyəcanlı çıxışı sosial şəbəkələrdə yayılıb. Xatırladaq ki, Elnur Şirinov və həmin gün onunla birlikdə tuneldə çarəsiz vəziyyətdə qalan Köçəri Fərman oğlu Abbasov “Ford Transit” markalı kiçiktutumlu yük maşını ilə çörək daşıyırmış. Baş vermiş hadisə ilə bağlı prokurorluq tərəfindən hazırda araşdırma aparılır. Amma hər iki şəxsin ailəsinə hansı köməklik göstəriləcəyi, kompensasiya ödənilib-ödənilməyəcəyi də müzakirə mövzusudur. Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Bakupost.az.a açıqlamasında bildirib ki, həmin şəxslərin ailələrinə kompensasiya verilməlidir: “Əgər hadisə iş prosesində baş veribsə, Əmək Müqaviləsi, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarında icbari sığortası varsa, bu halda onun vərəsələrinə kompensasiya verilməlidir. Eyni zamanda yaşı 18-ə çatmamış, 18-ə çatıb, təhsil alan övladları, yaxud əlilliyi olan xanımı varsa, onlara ailə başçısını itirməyə görə əmək pensiyası təyin oluna bilər. Həmçinin qeyri-rəsmi şəkildə və ya icra hakimiyyəti orqanları tərəfindən yardımlar oluna bilər”.
S.Məmmədov qeyd edib ki, istehsalatla bağlı sığorta faktı varsa, onlara sığorta şirkəti də kompensasiya ödəyə bilər: “Eyni zamanda pensiya hüququ varsa, o hüququ təmin olunmalıdır. Onun faktiki iş yeri araşdırılmalıdır. Sığortalanmayıbsa belə, ona kompensasiya verilməlidir. Kompensasiya maaşla hesablanır. Əgər himayəsində azyaşlı uşaqlar varsa, 65 yaşına çatana qədər, 100 faizlə hesablanır. Əgər işləyirsə, bu, sığorta hadisəsidir. İşəgötürən onu sığortalayıbsa, sığorta şirkəti ödəməlidir. Sığortalamayıbsa, şirkət özü ödəməlidir. Bundan əlavə azyaşlı uşaqları varsa, haradasa işləyibsə, onlara əmək pensiyası təyin olunur”.
Hüquqşünas Azər Quliyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, baş vermiş hadisəyə iki mövqedən yanaşıla bilər:
- Birincisi, əgər şəxsin vəfatı işlə əlaqəli deyilsə, yəni hadisə iş saatı ərzində baş verməyibsə, vəfat etmiş şəxsin vərəsələri tunelin tikintisinə, istismarına cavabdeh quruma, obyektin sahibinə qarşı iddia qaldırmaqla məhkəməyə müraciət edə bilər. Məhkəmədə sübut olunmalıdır ki, həqiqətən də bu faciə əlaqədar qurumların məsuliyyətsizliyi, səhlənkarlığı səbəbindən baş verib. Və konkret hansısa qurumlar bu şəxsin ölümündə günahkardır, məsulyyət daşıyırlar. Belə olduğu təqdirdə vərəsələrin ailəyə dəymiş ziyanla bağlı tələb etdiyi kompensasiya məbləğinin ödənilməsinə məhkəmə tərəfindən qərar veriləcək. Ya həmin məbləğ, ya da məhkəmənin təyin etdiyi məbləğ ödəniləcək. İkinci hal isə faciənin, şəxsin ölümünün iş saatı müddətində baş verməsidir. Şəxsin ölümü iş saatı müddətində baş veribsə, çalışdığı müəssisə, idarə və ya şirkət tərəfnidən Əmək Müfəttişliyinə müraciət edilməli idi və hadisə araşdırılmalı, İstehsalat zədəsi aktı tərtib edilməliydi. Bu halda vəfat etmiş şəxsin ailəsinə orta aylıq əmək haqqının 3 misli ödənməlidir, hadisənin işdə olub-olmamasından asılı olmayaraq. Vəfat etmiş şəxsin himayəsində 18 yaşa çatmamış övladları, 23 yaşı tamam olmamış əyani təhsil alan övladı, yaxud əlilliyi olan övladı, valideyni varsa, orta əmək haqqının təqribən 100 faizi miqdarında məbləğ sığorta pulu olaraq övladları 18 yaşına çatanadək, həmçinin əyani təhsil alan övladı 23 yaşına çatanadək onlara ödəniləcək. Əlilliyi olan ailə üzvlərinə isə bu məbləğ müddətsiz ödənilir, vəfat edənə qədər. Övladları yoxdursa, ailəsinə, həyat yoldaşına birdəfəlik sığorta məbləği ödənir. Bu ödəniş də 12 ay əmək haqqı məbləğində ödənilir. Təəssüf ki, bizdə bu sığorta məbləği çox aşağıdır. Həmin tuneldə baş vermiş faciəvi hadisəyə görə konkret qurumlar məsuliyyət daşıyır. Vəfat etmiş şəxsin ailəsinə əlbəttə ki, maddi köməklik göstərilməli, azyaşlı övladlarının maddi təminatı qarşılanmalıdır. Ailədə bir nəfər işləyən varsa və həmin şəxs vəfat edirsə, ailənin maddi durumu təbii ki, ağırlaşır, çətin vəziyyətə düşürlər. Vəfat etmiş şəxslərin çalışdığı şirkət bunu nəzərə almalı və qanunun tələblərinə riayət etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi