ABŞ-ın Nyu York şəhərində elektrikli hava taksilərinin sınaq uçuşları həyata keçirilib.
Sherg.az Bakupost.az-a istinadla xəbər verir ki, test uçuşlarının uğurla baş tutduğu və yoxlama prosesinin davam edəcəyi bildirilib.
Hava taksiləri şaquli qalxır, daha sonra irəli hərəkət edərək təyyarə rejiminə keçir. 5 nəfərlik bu vasitələr qısa məsafələr üçün nəzərdə tutulub. Elektriklə işlədiyi üçün səs-küy azdır və karbon emissiyası sıfırdır. Layihənin əsas məqsədi sıx trafik olan şəhərlərdə vaxt itkisini azaltmaqdır. Bu sistemlə 2 saatlıq yolun 10 dəqiqədən az çəkəcəyi gözlənilir.
Hazırda bu texnologiyanın təhlükəsizliyi və şəhər mühitinə uyğunluğu yoxlanılır. Mütəxəssislər hesab edir ki, yaxın illərdə hava taksiləri böyük şəhərlərdə geniş istifadə oluna bilər.