
Yayda mənzil qiymətləri düşəcək? -EKSPERTDƏN ŞOK AÇIQLAMA
10:35 20.05.2024
Sosial
351
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində tam təmirli mənzilləri vətəndaşlara təqdim edib.
Bu mənzillərin satışa çıxarılması mənzil bazarına necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımlı bildirib ki, satışa çıxarılan mənzillər daşınmaz əmlak bazarında qiymətlərə təsir etməyəcək.
"Bu günə qədər satışa çıxarılan kirayə mənzillərin sayı 4434 olub. Bu rəqəm çox azdır. Çünki tələbat satışa çıxarılan mənzillərdən dəfələrlə çoxdur. Tələb təklifi çox üstələyir. Bu layihənin daha da təkmilləşdirilməsi və mənzillərin sayının artırılmasına ehtiyac var."
Ekspert mənzil bazarında hazırki vəziyyətiylə bağlı da danışıb.
"Mənzil bazarında hazırda durğunluqdur. Bunun da əsas səbəbi mənzillərin qiymətinin çox bahalaşmasıdır. Hazırda paytaxtın mərkəzə yaxın yerlərində 35-40 kvadratlıq bir otaqlı mənzillərin qiyməti 100 min manata və daha baha satılır. İnsanlar ehtiyacı olsa da bu miqdarda pulu kiçik kvadratlı evlərə vermək istəmir. Durğunluqdan dolayı yayda mənzillərin qiymətinin 10%-ə qədər ucuzlaşacağı gözlənilir. Lakin payıza doğru qiymətlər dəyişə bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzili vətəndaşlara təqdim edib.
Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov "Sherg.az"a bildirib ki, ehtimal edilir ki, bu yay mənzillərin qiymətində artımın dayanması müşahidə ediləcək:

“Əvvəlki illərdə bazar aktiv oldu]u və ipoteka müraciətləridə artım müşahidə edildiyinə görə qiymətlər qalxırdı. İndi isə ipoteka müraciətləri azalıb. Çünki banklar resurslarını istifadə edib bitiriblər. Banklar ipotekalar üçün növbəti resurslarını isə avqust ayında ayıracaq. Ehtimal edilir ki, qiymətlərin artımı dayanacaq. Ancaq qiymətlərin tam aşağı düşəcəyini demək hələki mümkün deyil. Yeni Yasamal, Xətai metrosu və başqa ərazilər var ki, ora tələbat çox olduğuna görə qiymət artımı dayanmayacaq. Çünki tikinti şirkətlərində rəqabət az olduğuna görə onlar qiymətləri aşağı salmırlar. Digər tərəfdən qiymət enməsi ucuz kateqoriyalı evlərə aid deyil. Yəni ucuz evlərə yenə tələbat eyni səviyyədə olacaq. Ola bilər ki, nisbətən bahalı seqmentlərə şamil olunsun.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət