Aktrisa direktoru məhkəməyə verdi

İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev məhkəməyə verilib.
 Direktor barədə iddianı qaldıran isə teatrın keçmiş aktrisası Şəbnəm Cəbrayılovadır. Cəbrayılova "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, rəsmi şəkildə Binəqədi rayon məhkəməsinə müraciət edib. O, hamiləliyinin pozulmasında İftixar Piriyevin günahkar olduğunu bildirib.