Məşhur cütlük kisənin ağızını açdı: 450 min TL-lik yeni karvan...


Tətil üçün lüks otellər əvəzinə təbii həyatı seçən Neslihan Atagül - Kadir Doğulu cütlüyü karvanlarını yeniləyib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, yeriyən evlərini gözəl dizayn etdirən məşhur cütlük, 150 min lirəlik avtomobillərinin daxili dekorasiyası üçün də sərvət xərcləyib.

Bir çox məşhurdan fərqli olaraq lüks otellərdə tətil etməkdən vaz keçən və bunun əvəzinə düşərgə quran  Neslihan Atagül - Kadir Doğulu, keçən illərdə karvan sahibi olmuşdu.



Egedən Qaradənizə qədər Türkiyənin bir çox yerini yeriyən karvanlarıyla gəzən cütlük, daha komfortlu və rahat bir tətil üçün yeni bir karvan alıb.

Uzun müddətdir mühərikli  otaq istəyən Kadir Doğulu, xəyalındakı maşını bir müddət əvvəl tapıb. Mühərikli karvanı üçün 150 min TL ödəyən məşhur aktyor, maşının daxili dizaynı üçün də xüsusi parçalar yığıb.

Kadir Doğulu, içərisində mətbəxindən duşuna qədər hər detalın olduğu karvanın dekorasiyası üçün 50 min dollar, yəni 300 min TL xərcləyib.

Məşhur cütlük, lüks otellərdə tətil etməyərək Türkiyənin bənzərsiz gözəlliklərinin dadını çıxarmaq üçün müxtəlif yerlərdə düşərgə qururlar.

Turan