Məşhur bloqer Nagihan Akpınar Abdullayeva paytaxtda yerləşən özəl klinikaların birindən narazılığını dilə gətirib.
"Sherg.az" xəbər verir ki, bir müddət öncə Türkiyədə yayımlanan izdivac verlişində azərbaycanlı model Fərid Abdullayevlə ailə quran Nagihan Akpınar rəsmi İnstaqram səhifəsində məşhur xəstəxanadan şikayətlənib. O bildirib ki, həkimlər bir yaşlı qızına peyvənd vurmaq üçün 815 manat tələb edib:
“ Türkiyədə olsam, bunu pulsuz edərdilər. Heç kim bu peyvəndi uşağına vurdura bilməz.”
Bloqer paylaşımına “Uşağıma baxmadığınız halda 100 azn alan bərbad xəstəxanasan!” sözlərini yazıb.