Günbəgün çəkisi azaldığına görə səhhətində problemlər yaşayan aparıcı Seren Serengildən xəbər var.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, Seren sevgilisi Mustafa Rəhman Tohma ilə istirahətə yollanıb. Onun İnstaqram hesabında paylaşdığı fotosları hər kəsi şoka salıb. Aparıcının həddən artıq arıqladığını görən izləyiciləri çox təəccübləniblər.
Sosial media istifadəçiləri Serenin bu istirahətini birmənalı qarşılamayıblar. Onlar bir müddət əvvəl "ölürəm" deyən Serengilin istirahətə yollanmasını anlaya bilməyiblər.