Nazilə foto paylaşdı – Tənqid olundu: Nənə ayaq üstə, sən isə oturmusan...” - Foto

Əmisinin dəfni ilə bağlı Borçalıda olan şairə Nazilə Səfərli , kənddən fotolarını İnstaqram səhifəsində paylaşır. Lakin aparıcı izləyiciləri tərəfindən tənqidlərə məruz qalıb.
“Sherg.az” xəbər verir ki, şairənin qoca nənələrlə fotosuna iradlar gəlib. Səbəbi isə şəkildə hamı otursa da, bir nənənin ayaq üstə qalmasıdır. Rt7148 adlı izləyici bu məqama toxunaraq belə bir şərh yazıb:
“Görəsən ayaq üstə qalan nənədən yaşca kiçik olanı yox idi durub yer versin?” N.Səfərli isə həmin tənqidi belə cavablandırıb:
“Bəs sizin kimi ağzı göyçəklərə danışmağa qeybət verməyəkmi, söz olmasınmı?”