Melisa Döngel kikboksinqə başladı - Fotolar

Bu yaxınlarda tanınmış aktrisa Melisa Döngelin Sarıyerdəki evinin qarşısında qonşusu bələdiyyə işçilərinə bıçaqla hücum edib. Bunu görən M.Döngel "polisə zəng edəcəm" deyə xəbərdarlıq edib.

“Sherg.az” xəbər verir ki, bundan qəzəblənən qonşusu 21 yaşlı aktrisanı təhdid edib. Hadisə yerinə gələn polis, məşhur aktrisanın yaşadığı evə girməyə çalışan təcavüzkar qonşunu həbs edib. Prokurorluq Yusuf  K. haqqında istintaqa start verib. 

M.Döngel həm özünü qorumaq, həm də formaya düşmək üçün kikboksinqlə məşğul olmağa başlayıb.  Qeyd edək ki, aktrisa milli idmançı Sərdar Beyhatundan xüsusi dərs alır.