"Qara pişik" var: Camal Canla Nisa bir-birini sildi

"Survivor 2020"-yə dostluqlarıyla damğa vuran Camal Can Canseven ilə Nisa Bölükbaşı cəbhəsində şok edən bir proses yaşandı. İkilinin bir-birini ictimai mediadan daha izləmədiyi ortaya çıxdı.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, dostların arasına "qara pişik" girib. "Survivor 2020"in çempionu Camal Can Canseven ilə Nisa Bölükbaşının yarışma zamanı qazandıqları dostluq hər kəs tərəfindən nümunə olaraq göstərilirdi.

Yarışma dövründə möhkəm dostluqları olan ikili ictimai media hesablarından bir-birlərini izləməkdəm imtina ediblər. Nisa Bölükbaşının "Survivor 2020"də yarışan digər yarışmacıları da ictimai mediadan izləməyi buraxdığı məlum olub.

Hazırda Nisa Bölükbaşı və Camal Can arasında nələr yaşandığı maraq mövzusudur.

Turan