Televiziya əməkdaşı aktrisanın evini soyub

Aktrisa Çimnaz Soltanova "Lider" telekanalının əməkdaşı Zərif Əlixanovanın onun qızıllarını oğurladığını iddia edib.

Axşam.az xəbər verir ki, sənətçi "Xəbər-ətər" verilişində bu haqda danışıb. O bildirib ki, hadisə 3 il əvvəl olsa da, hələ də dələduz cəzalandırılmayıb:

 "Üç ildir ki, evimdə oğurluq olub. Ən yaxın rəfiqəm brilyantlarımı oğurlayıb. Zərif Əlixanova "Lider" telekanalında işləyirdi. Həmin vaxt onla yaxın idim, hətta prodüserliyimi edirdi. Özü də izahat yazıb və boynuna alıb ki, özüm və qızım etmişik. Qızı uşaqdır, onun boynuna atır. Uşaq da durub deyir ki, mən etmişəm.

Bu adam dələduzluqla məşğuldur. Yeni il ərəfəsi çəkilişdən gəlmişdim. Həyat yoldaşımın aldığı 32 min avroluq sırğanı çıxarıb qoydum stolun üstünə. Hamı bilir ki, mənim keçmiş həyat yoldaşım professordu və Almaniyada həkim çalışırdı. Bir də mənə valideynlərimdən köhnə qızıllar qalmışdı. Onu belə götürüb aparıb".