8 ildir evli olan cütlük ikinci dəfə boşandılar

Aktrisa Nur Fettahoğlu biznesmen həyat yoldaşı Levent Veziroğlu ilə ikinci dəfə ayrılıb.
Axşam.az xəbər verir ki, 2015-ci ildə boşanan cütlük sonradan barışmışdı. 2016-cı ildə qızları ünyaya gələn Nur və Leventin evliliklərində problemlər bitmək bilmir.

8 ildir evli olan cütlük ötən gün münasibətlərinə son qoyublar. Qarşılıqlı anlaşma ilə boşanan aktrisa və iş adamının məhkəməsi bir neçə dəqiqə çəkib. Qızlarının vəlayəti Nura verilib.