Hollivud ulduzu vəfat etdi

Hollivud ulduzu Cessika Uolter dünyasını dəyişib.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, aktrisa hazırda yaşadığı evində vəfat edib. Bu haqda Cessikanın qızı Bruk Boumen məlumat verib. O, anasının yuxuda olarkən dünaysını dəyişdiyini bildirib və bunları əlavə edib:

"Böyük qəm və kədər hissi ilə anamın vəfat etdiyini bildirirəm.  60 il müxtəlif filmlərdə və seriallarda çəkilmək onun üçün iş deyil, zövq idi. Onun var-dövləti sadəcə çəkildiyi ekran işləridir. Bir çox insan onu həmişə canlandırdığı obrazlarla xatırlayacaq".