Fərda Vüqarın qafiyəsini lağa qoydu- Sərt təpki: “Sənin kimi aktyor...”  + Video

Aktyor Fərda Xudaverdiyev yeni video-rolik yayımlayıb. O, sosial şəbəkələrdə yayılan videolara gələn reaksiyaları, insanların virtualda və həyatdakı fərqliliklərini səhnələşdirib. Lakin Fərdanın video-roliki izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Onu sərt tənqid edənlər də olub. Ona görə ki, aktyor  videonun əvvəlində İnstaqramı izləyir və  son zamanlar trenddən düşməyən mərhum söz ustadı Vüqar Biləcərinin “Çəkilin Bəşir gəlir” meyxanası ilə qarşılaşır. Fərda isə həmin meyxananı “ Bu nədir” deyərək yarıda kəsir.

“Sherg.az”ın məlumatına görə F.Xudaverdiyevin bu hərəkəti Vüqar sevənləri hiddətləndirib.

Onlar aktyoru qınayaraq rəy yazıblar. “ Tebriz3474” adlı sosial şəbəkə istifadəçisi isə Fərdaya “ Sənin və sənin kimi aktyorlar, şairlər yığılsa, Vüqar Biləcərinin dırnağı ola bilməzsiniz. O, tək idi. Allah rəhmət eləsin” deyərək qəzəblənib. Aktyor da həmin şərhin cavabını gecikdirməyib: “ Allah ölənlərinə rəhmət eləsin. Hamı bir gün gedəcək. Sən də, mən də həmçinin. Anı yaşamağa çalış”.