Mənzurədən bu sənətçilərə irad:“Pis gün üçün pul saxlaya bilmirsən?!”

Müğənni Mənzurə Musayeva “Xəbər-ətər” verlişində qonaq olarkən toylara qoyulan qadağalardan danışıb. O, pis gün üçün pul tədarükü görməyən həmkarlarından da bəhs edib.
“Sherg.az” xəbər verir ki, o proqramda bu sözləri deyib:
“20-30 il ifaçılıq edirlər. Yəni bu müddət ərzində özünə pis gün üçün pul saxlaya bilmirsən? Həyatdı da hər şey ola bilir. Anam qazancımı yığır. Məndən xəbərsiz ehtiyat saxlayır. 15 yaşımdan bəri müğənniyəm, hələ pis günüm olmayıb”.