Anna Şahzadə Harriyə: ”O qızla evlənmə, bizim ailəmizə uyğun deyil”


Bir müddət əvvəl Şahzadə Harri və Meqan Markl cütlüyünün verdiyi qalmaqallı reportaj hələ də dünya mətbuatının gündəmindən düşmür.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, Böyük Britaniya kral ailəsi haqqında kitablar yazan Kolin Kempbell, Meqanın irqi ayrıseçkilikdə ittiham etdiyi şəxsin kraliça yox, şahzadə Anna olduğunu deyib.

Buna səbəb kimi isə Amerika və Böyük Britaniya xalqları arasında mədəniyyət və xarakter fərqliliyi olub. Bu isə Markl tərəfindən xoş qarşılanmayıb və o, kral ailəsini irqiçilikdə ittiham edib.

Cütlük evlənən zaman Anna Şahzadə Harriyə ”O qızla evlənmə, bizim ailəmizə uyğun deyil” sözlərini deyib.