Plastik əməliyyatlar “Pişik qadın”ı müflis etdi

Amerika vətəndaşı Caslin Vayldistin üzünə etdirdiyi plastik əməliyyatlardan sonra pişiyə bənzəyərək şöhrət qazandı.
Axşam.az xarici mətbuata istinadən bildirir ki, 80 yaşlı Caslin hazırda dünyada “Pişik qadın” kimi tanınır. Bu günə qədər çox saylı plastik əməliyyatlara milyonlar xərcləyən Vayldistin müflis olub.

Belə ki, onun Nyu Yorkda yerləşən 3 lüks və geniş mənzili satışa çıxarılıb. Həmin evlərdən biri ötən gün 1 milyon 900 min dollar(3 milyon 230 min manat) alıcı tapıb. Digər iki mənzilin ümumilikdə satış dəyərinin 5 milyon 500 min dollar (9 miluon 350 min manat) olduğu bildirilib.