Zülfiyyənin səhhətində yenidən problem yarandı

Aparıcı İlqar Mikayıloğlunun aparıcı-vəkil xanımı Zülfiyyə Bayramovanın səhhətində yenidən problem yaranıb.

Bu haqda o, sosial şəbəkədə paylaşım edib. Xərçəngdən əziyyət çəkən Z.Bayramova hazırda qanazlığı olduğunu deyib:

"Onkoloji xəstələrdə belə hal olur. Milli Onkologiya Mərkəzində, biz müalicəyə başladıq. Onkoloji problemim yoxdur. Qanda dəmirin miqdarı azalıb, gemoqlabin aşağı düşüb. Heç bir narahatçılığa ehtiyac yoxdur".

Zülfiyyə qanazlığının qəbul etdiyi dərmanlardan yarandığını vurğulayıb./