Ağadadaş Ağayev: "Xəstəliyimi öyrənən kimi..." 

Xərçəng xəstəliyinə qalib gələn xalq artisti Ağadadaş Ağayev Vətənə qayıdıb.
O, hava limanında jurnalistlərin suallarını cavablandırıb.
“Sherg.az” xəbər verir ki, müğənni çətin günlərində aparıcı Hacı Nuranın onun yanında olduğunu söyləyib:

“İndi özümü  əla hiss edirəm. Bu xəstəliyi Allahın bizə neməti, imtahanı kimi qəbul etdik.  Onunla sağollaşdıq,  yola saldıq getdi. Azərbaycanda bir  ümumilikdə isə 4 dəfə əməliyyat olundum. Sonda nəticələr yaxşı gəldi. Xəstəliyimi öyrənən kimi özümü Allaha təslim etdim.  “Uf” da demədim. Gülə-gülə xəstəliyi keçirdim. Ətrafıma sıxıntı yaratmamağa çalışdım. Xalqımın qarşısında baş əyirəm. Onların gözəl arzularını, dualarını hamısını duymuşam. Fəxr edirəm ki, belə bir millətin övladıyam. Xalqa daha çox xidmət etməliymişəm. Bundan sonraki həyatımda bunu özüm üçün şüar edəcəm. Sənətçilərin hamısı mənimlə maraqlandılar. Sağ olsunlar”.