Xalq artisti qəzəb "qusdu": "Adamın axırına çatana qədər əl çəkmirəm"

“Mən insanlara inanmıram. Onların hərəkətlərinə, münasibətlərinə güvənə bilmirəm”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Onun sirri” proqramında xalq artisti Flora Kərimova deyib. O, açıqlamasına bunları da əlavə edib:

“ Hər kəsdə çoxrənglilik var, şəraitə uyğun simaları dəyişir. Necə inanım? Həyat çox mürəkkəbdir. Allah etməsin övladlarıma bir söz deyilsin, onu parça-parça edərəm. Qollarımın gücü çatmasa da, dişimlə didərəm . Ancaq  sabah övladım, məndən başqa birindən qorxub üz döndərsə, ondan incimərəm. Şərait yaranır ki, övladımı tanıyım. Tanrı məni övladlarımla  sınağa çəkmədi, yandırmadı. Şəxsi həyatımda cəzalandırdı. Bir əli ilə alıb, biri ilə verdi Lakin həmişə qürurlu durdum. Yaradan taleyimlə oynadı. Yazdı, pozmaq istəyəndə pozdu. Əvvəl yaxınlarım səhv edəndə bağışlayırdım. İndi əfv etmirəm.  O adamın axırına çatana qədər əl çəkmirəm. Səksən yaşım var, dilim də zəhərdir. Maksimalistəm, prinsipialam, dözülməzəm. Həyat yoldaşım professor İbrahim Topçubaşov deyirdi ki, acılığından udmaq olmur, şirinliyindən atmaq”.