"Sevdanın toyuna 200 manat salmışam".
"Sherg.az" xəbər verir ki, bunu ARB TV-nin "Həmin Zaur" verilişinin aparıcısı Zaur Kamal efirdə deyib.
Aparıcı qeyd edib ki, əslində o toy 100-200 manatlıq deyildi:
“Mat-məəttəl qalmışdım. Düşündüm ki, cibimdə olanı bütün pulu yazdırsam,sonra mənə çətin olacaq. Reklam edib 300 manat da deyə bilərəm, amma düzünü deyəcəm: 200 manat yazdırdım".
Qeyd edək ki, müğənni Sevda Yahyayeva həkim Zakir Bayramovla rəsmi nikah bağlayıb. Pandemiyaya görə cütlüyün təxirə salınmış toyu 25 oktyabrda keçirilib.