Müğənni Vüqar Muradov "Bazar Düzü" verilişində qonaq olarkən boşanmalardan danışıb.
Sherg.az xəbər verir ki, ifaçı Afrika qəbiləsində yaşamağı daha əlverişli hesab edir:
"Ola bilsin ki, Afrika qəbilələrində yaşamağa üz tutdum. Orada həyat çox gözəldir. Ailə-məişət problemleri olmur. Paltara geyinmək, kontur vurmaq, restoranlar və s. kimi yerlər yoxdur. Arvadla kişi bir oxla işi həll edir. Gülməli olsa da ,ağlamalı vəziyyətdir. Boşanmaların çox səbəbi var. Evlənəndə bütün məsuliyyəti dərk etmək lazımdır. Bilməliyik, o "ma" sözünə "qa" deyəcək, yoxsa yox".