Bəylər arasında keçirilən "Kainat gözəli-2022" yarışmasının qalibi kərküklü Dərya Kamil olub.
"Sherg.az" "Haber Global"a istinadən xəbər verir ki, 15 ölkənin qatıldığı yarışmada birinci yerə Kərküklü atlet və həkim Dərya Kamil layiq görülüb. D.Kamilin birinci yeri tutması sosial şəbəkədə müzakirələrə səbəb olub. Dərya Kamili bəyənməyənlər “Yaxşı, kainatın bundan xəbəri varmı?”, “Bəlkə onun daxili gözəlliyinə baxıblar”, “Koronaya görə yarışmaya heç kim qatılmadı” , “Kainatın tarazlığı pozuldu” kimi şərhlər yazıblar. Jurnalist Arif Hürə danışan Dərya Kamil onu tənqid edənlərə cavab verib: "Özlərindən xəbərsiz insanların haqqımda nə dediyi məni maraqlandırmır. "Torpil" deyənlərə isə sadəcə gülürəm. Kiçik yaşlarımdan intizamlı, ardıcıl işlədim və uğur qazandım. Boş yerə paxıllıq etməyin mənası yoxdur. Bu titulu qazandığım üçün xoşbəxtəm". Kərkük İdman Təbabəti Dərnəyinin sədri Dərya Kamil gənclərin idmana
başlaması üçün əlindən gələni etdiyini bildirib: "Ərəb dünyasındakı gənclərə yaxşı nümunə olmaq istəyirəm. Gəncləri
narkotikdən, alkoqoldan uzaq tutmağa çalışıram. Ən böyük arzularım idman sahəsində iz qoymaq, kasıblara, kimsəsizlərə kömək etməkdir".