Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova doğum günündə evlilik təklifi alıb.
"Sherg.az" xəbər verir ki, ifaçı bu barədə “İnstagram” səhifəsində paylaşım edib. A.İsmayılova foto paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb:
"Bu gün mənim doğum günümdür.Və həyatımın ən özəl günü oldu.
Bu dəqiqə həyatımın adamından evlilik təklifi aldım. Ömrümün sonuna qədər sənə "hə" deyirəm.Çox xoşbəxtəm , ruh eşim, yaxşı ki varımsan.
2022 - ci il ilk günündən mənə çox uğurlu gəldin. Təşəkkür edirəm.
Subaylığın başını atdım bütün subaylara qismət olsun . Son nəfəsimə qədər sənə "hə" deyirəm!".
Gənc müğənni ona evlilik təklif edən sevgilisinin kimliyini açıqlamayıb. Paylaşımında sadəcə adının baş hərfi "E" deyə qeyd edib.