Nazilə şou-biznesin "sandığını açdı"! -  "Adamın qabı-qaşığı qızıldan, gümüşdəndir"

“Şou-biznes əslində göstərdiyini yaşamır”.
“Sherg.az” xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib.
“Astar” “Youtube” kanalının qonağı olan şairə, şou nümayəndələrindən danışıb:
“Lüks göstərir, amma həyatı o deyil. Bu da qarşısındakı adamı qıcıq edir. Şou-biznes nümayəndələri evlərini göstərən zaman bir əttökən gülüş gülürlər ki... Adamın qabı-qaşığı qızıldan, gümüşdəndir. Sən gedib ona 200 manatlıq çay dəsti göstərirsən. Təkcə aşağıya yox, yuxarıya da bax”.