Türkiyəli aparıcı Fulya Öztürkün sosial şəbəkədəki paylaşımı diqqət çəkib.
"Sherg.az" xəbər verir ki, FOX TV ekranlarında "Fulya ilə Ümidin Olsun" proqramının aparıcısı "instagram" hesabında "Qırmızı biləkliklər qırmızı xəttimdir" deyə paylaşım edib.
F.Öztürkün izləyiciləri onun həmişə qırmızı qolbaq taxdığından xəbərdardır.
Aparıcı olmazsa olmazlarından olan bu biləkliklərin sirrini açıqlayıb:
"10 ildir hara getsəm, nə halda olsam, fəlakətlərdə, toylarda, zəlzələlərdə belə çıxartmıram. Mənə şans gətirdiklərini və güc verdiklərini hiss edirəm".
Mənbə: MEDYATİLKİSİ