Elza Seyidcahandan GÖZLƏNİLMƏZ VİDEO - "Tfu üzünə!"

Əməkdar artist Elza Seyidcahan tədbirlərin birində "Tfu üzünə" musiqisini səsləndirib.
"Sherg.az" xəbər verir ki, əməkdar artist həmin anın görüntülərini "İnstagram" səhifəsində paylaşıb.
İfaçı musiqinin sözlərinin müəllifinin Ramiz Rövşən olduğunu qeyd edib.
Musiqinin nəqarət hissəsi belədir:

Milyon-milyon qəbir varsa...
Bir qəbirsiz şair varsa,
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!